#Siyasət

Qarabağ böyük quruculuq bölgəsidir - Deputat

Feb 25, 23:07 / Mənbə: News.milli.az

Qarabağ və ətraf rayonların azad olunması ilə bitən 44 günlük müharibə qazandığmız möhtəşəm qələbə regionda fərqli reallıqlar yaratdı.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəhayət ki tarixə çevrilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhərlik etdiyi Silahlı Qüvvələrimizin rəşadəti hesabına biz doğma torpaqlarımıza qayıtmışıq. Böyük quruculuq işlərinə start verilib:

"Bizə böyük Zəfəri yaşadan Silahlı Qüvvələrimiz hər birimizin qürur mənbəyidir. Azərbaycan əsgər və zabitlərinin rifahı daim dövlətimizin diqqət mərkəzindədir"

S.Mikayılova qeyd edib ki. son günlər Milli Məclis sədrinin hərbçilərin maaşı ilə bağlı fikir səsləndirməsi haqqında iddilar həqiqəti əks etdirmir. Deputatlar hər zaman hərbçilərimizi qayğılandıran məsələləri gündəmə gətirir və Milli Məclisin spikeri Sahibə Qafarova tərəfindən iclaslarda bu məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradılır. Böyük zəfərimiz müqəddəsdir və onun üzərinə kölgə salmaq yolverilməzdir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.