#Siyasət

Erik Rondolat: Azərbaycan Prezidenti bir lider olaraq vəziyyətdən düzgün çıxış yolunu tapa bildi

Feb 25, 22:27 / Mənbə: News.milli.az

Sizin Azərbaycanın lideri olaraq münaqişəyə son qoymağınızı görməkdən çox şadıq. Münaqişə heç kim üçün yaxşı deyil və münaqişənin həlli bacarığına malik liderlərin olması bizim üçün çox önəmlidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolat Azərbaycan Prezidenti İlham Əliyev ilə videformatda görüşü zamanı söyləyib. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbriklərini çatdıran baş icraçı direktor vurğulayıb ki, dövlətimizin başçısının Qarabağdakı əraziləri yenidən Azərbaycana qaytarması onları çox sevindirir. Çünki bu münaqişə uzun müddət idi ki, davam edirdi.

"Siz bir lider olaraq vəziyyətdən düzgün çıxış yolunu tapa bildiniz", - deyən Erik Rondolat vurğulayıb ki, onlar işğaldan azad olunmuş ərazilərin təsvirlərini görüblər və oradakı dağıntıların miqyası onların qəlbində iz buraxıb.

Erik Rondolat ölkəmizdə həyata keçirdikləri layihələrdən danışıb, Bakı, Sumqayıt və Şamaxıda icra olunan layihələrin aprelin sonunadək yekunlaşacağını qeyd edib. O, ölkəmizdə yeni layihələrin icrasında maraqlı olduqlarını bildirib.

Qeyd edək ki, "Signify" şirkəti hazırda Bakıda, Sumqayıtda və Şamaxıda küçələrin işıqlandırılması layihələrini həyata keçirir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.