#Dünya

Britaniya hakimiyyəti ölkədə koronavirus üzrə təhlükə dərəcəsini aşağı endirib

Feb 25, 22:21 / Mənbə: News.milli.az

Böyük Britaniya hakimiyyəti yeni koronavirus təhlükəsini ən yüksəkdən (beşinci) dördüncü səviyyəyə qədər endirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qərar İngiltərə, Şimali İrlandiya, Uels və Şotlandiya baş həkimləri tərəfindən verilib.

Həkimlərin bəyanatında bildirilib ki, birgə səylərlə bütün əsas göstəricilərdə ardıcıl azalma görürük və Milli Səhiyyə Sistemlərinin və digər tibbi xidmətlərin üç həftə ərzində həddindən artıq yüklənəcəyi təhlükəsi artıq yoxdur.

Sənəddə vurğulanıb ki, yeni yoluxma hallarının və xəstəxanaya yerləşdirilmələrin, ölümlərin sayı bir aydan çoxdur azalsa da, hələ də bu göstəricilər yüksək olaraq qalır.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.