#Maraqlı

İnstaqramda ən çox istifadə olunan smaylik gülən emojidir

Feb 25, 22:15 / Mənbə: News.milli.az

İnstaqram sosial şəbəkəsində ən çox istifadə olunan smaylik gülən emojidir.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunda Techno MBA (Marketing) üzrə təhsil alan Səyyarə Hüseynova Təhsil Nazirliyinin media iştirakçıları üçün keçirdiyi təlimdə öz təqdimatında məlumat verib.

O bildirib ki, İnstaqramda gündəlik 500 milyon aktiv istifadəçi var: "İnstaqram izləyicisi Feysbuk izləyicisindən 58 qat daha çox aktivdir. İstifadəçilərin 60%-i hər gün İnstaqrama daxil olur. İnstaqram istifadəçilərinin 69%-i 35 yaşından aşağıdır. Sözügedən şəbəkə istifadəçiləri hər gün 4 milyarddan çox mesaj bəyənir. İstifadəçilər orta hesabla 100 milyondan çox şəkil yükləyirlər. 38% istifadəçi gün ərzində bir neçə dəfə şəbəkəyə daxil olur".

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.