#Xəbər

Göyçayda ev yandı, 87 yaşlı qadın öldü — Fotolar

Feb 25, 22:12 / Mənbə: Qafqazinfo.az

Göyçayda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kürdşaban kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1975-ci il təvəllüdlü Muradova Elnarə Cəfər qızına məxsus evdə yanğın olub.

Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin dörd avtomobili və canlı qüvvəsi cəlb edilib.

Yanğın tam söndürüldükdən sonra evdən 87 yaşlı Mahmudova Badam Ağası qızının yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

Xəbərin mənbəsi: Qafqazinfo.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.