#Araşdırmalar

2020-ci ildə ağıllı telefon satışları nə qədər azaldı?

Jun 04, 16:35 / Mənbə: Banco.az

Tamara Mustafayeva, Banco.az

Koronavirus pandemiyasının bütün sektor və bazarları əsaslı dərəcədə təsiri altına aldığı bir vaxtda ağıllı telefon satışının da mövcud vəziyyətdən zərər çəkməməsi, şübhəsiz ki, mümkün görünmürdü.

Amerikanın IDC adlı bazar araşdırmaları şirkətinin hesabatına görə, 2020-ci ildə dünya miqyasında smartfonlar üzrə illik tədarükün 11.9 faiz geriləməsi və ümumi tədarük həcminin 1.2 milyard ədəd azalması proqnozlaşdırılır.

Dünyanın aparıcı araşdırma və kansaltinq şirkəti olan Gartner-in bir neçə gün əvvəl yayımladığı hesabatda 2019-cu ilin ilk rübü üzrə 374.9 milyon olan satış həcminin bu ilin eyni dövründə 20 faiz azalaraq 299.1 milyona gerilədiyi qeyd edilib.

Şirkətin hesabatında dünyanın ən çox gəlir əldə edən şirkətlərindən biri olan Apple firmasının ötən ilin ilk rübü üzrə müqayisədə 4 milyon ədəd daha az iPhone modeli mobil telefon satdığı vurğulanır. Huawei 27.3%, Samsung 22.7%, OPPO isə 19.1% daha az satış həyata keçirib.

 

Marka

 

2020 - I rüb (Ədəd, min)

 

2020 - I rüb (Bazar payı)

 

2019 - I rüb (Ədəd, min)

 

2019 - I rüb (Bazar payı)

 

İllik fərq (Faiz)

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.