#Cəmiyyət

Əhaliyə ŞAD XƏBƏR - Güzəştlə satılan qazın limiti...

Feb 23, 20:59 / Mənbə: News.milli.az

"Əhaliyə güzəştlə satılan qazın limiti məsələsinə yenidən baxılmalıdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, dağlıq rayonlarında qazdan istifadə daha çox olur: "Dağlıq rayonlarının sakinləri digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar. Güzəştli qaz limiti məsələsində bütün əhaliyə, regionlara eyni yanaşma tətbiq edilib. Ölkə əhalisinin 15 % qaz limitini aşır. Bu 15 %-in içində dağlıq rayonlarda yaşayan insanlar 10 %-dən də az təşkil edir. Tarif Şurasından dağlıq regionlarda yaşayan əhali üçün qaz limitini artırmağı xahiş edirəm"

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.