#Cəmiyyət

Rəng və naxışların harmoniyası - VİDEO

Feb 23, 20:32 / Mənbə: News.milli.az

Şəkidə dünyada məşhur olan kəlağayılar istehsal olunur.

Kəlağayının 5 növü var və Şəkidə bu növlərin hər birinin sənət əsəri təki nümunələri yaradılır.

Milli adət -ənənəmizə görə, kəlağayıya hörmət qadına olan ehtiram qədər daim zirvədədir və o bəzən istifadə olunmasa belə evin ən əziz yerində qorunub saxlanılır. Onu hətta ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlıların evlərində də görmək mümkündür. Çünki kəlağayı azərbaycanlıların ailə ənənələrini qoruyan qüvvələrdəndir.

Hər bölgənin kəlağayısı digərindən əsasən haşiyəsindəki ornamentlərə görə fərqlənir. Şəki və Basqal kəlağayıları içərisində "Şah buta", "Saya buta" və "Xırda buta" çeşnilərindən daha çox istifadə olunur. "Heyratı", "Soğanı", "İstiotu", "Albuxarı", "Abi", "Yeləni" adlı əlvan kəlağayılar da vaxtı ilə Yaxın Şərq və Qafqaz xalqları arasında böyük şöhrət qazanmışdı.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 24-28-də Parisdə keçirilən 9-cu sessiyasında Azərbaycan kəlağayı sənəti "Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası" adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Milli.Az ATV telekanalının Şəki kəlacayığalırının hazırlandığı məkandan reportajını təqdim edir.

Milli.Az

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.