#Cəmiyyət

Evdə meyiti tapılanlardan biri bu universitetin tələbəsidir - FOTO

Feb 23, 20:02 / Mənbə: News.milli.az

Bu gün Bakıda yaşayış evində meyiti aşkarlanan beş nəfərdən biri Azərbaycan Texniki Universitetin (AzTU) tələbəsi olub.

Bu barədə Publika.az-a Azərbaycan Texniki Universitetin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Əliyev Lətif Rəşad oğlu Universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin I kurs tələbəsi olub.

Baş Prokurorluğun məlumatında bildirilir ki, ilkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Qeyd edək ki, Lətif Əliyev AzTU-nun nizam-intizamlı tələbələrindən olub, dərslərini yaxşı oxuyub. O, sonuncu dəfə ötən gün onlayn dərslərdə iştirak edib.

AzTU-nun rəhbərliyi və kollektivi Lətif Əliyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, bu gün Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində beş nəfərin meyiti tapılıb.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.