#Cəmiyyət

BMT-nin Ətraf Mühit üzrə Assambleyasının növbəti iclası keçirilib

Feb 23, 19:00 / Mənbə: Oxu.az

Ənənəvi olaraq hər iki ildən bir keçirilən BMT-nin Ətraf Mühit üzrə Assambleyasının bu dəfəki onlayn sessiyası “Post-pandemiya dövründə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təbiət üzrə fəaliyyətlərin gücləndirilməsi” mövzusuna həsr edilib. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə BMT-yə üzv dövlətlərin ekologiya və  ətraf mühit üzrə nazirləri iştirak edib.

Assambleyada Azərbaycanı təmsil edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev görüş iştirakçılarına Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən dövlət proqramları, icra olunan işlər və pandemiyanın qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən tədbirlər barədə məlumat verib.

Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən törədilən ekoloji cinayətlər və görüləcək bərpa işləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb. 

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.