#Cəmiyyət

Biləcəridə övladları tərəfindən küçəyə atılan ataya Baku TV sahib çıxdı – VİDEO

Feb 23, 19:31 / Mənbə: Oxu.az

Biləcəri qəsəbəsindən qaynar xəttimizə gələn zəngdə qonşular övladları tərəfindən küçəyə atılan, günlərdi küçələrdə gecələyən 57 yaşlı kişi barəsində məlumat veriblər.

Sakinlər Baku TV-ni həmin yaşlı kişiyə dəstək olmaq üçün çağırıblar.

Kanalın müxbirləri əraziyə getdiyi zaman mənzərənin həqiqətən də acınacaqlı olduğunu görüblər. Günlərdi evsiz-eşiksiz küçələrdə qalan Hacı dayı məhəllədə ocaq qalayıb isinir, dediyinə görə elə ocağın yanında da gecələyir.

Hacı dayı söhbət əsnasında övladlarının onu küçədə qoyduğunu, ona sahib çıxmadıqlarını bildirib.

Çəkiliş qrupu Hacı dayının evinə getsə də, övladlarından xahiş etsə də, heç bir nəticə əldə edə bilməyib. Övladları səbəb bildirmədən atalarını istəmədiklərini söyləyiblər.

Daha ətraflı Baku TV-nin süjetində izləyə bilərsiniz:

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.