#Cəmiyyət

Peyvənd olunan partiya sədrləri insanları vaksinasiyaya çağırır - Trend TV-nin REPORTAJI

Feb 23, 17:30 / Mənbə: News.milli.az

Bu gündən Azərbaycanda siyasi partiya nümayəndələrinin vaksinasiyası başlanıb. Siyasi partiya nümayəndələrinin vaksinasiyası sabah da davam edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, partiyadan 4 nəfər bu gün vaksinasiya olunub:

"55 yaşım var, indi vaksinasiya olundum və özümü yaxşı hiss edirəm. Bir ildən artıqdır ki, gözəgörünməz düşmənlə üz-üzəyik. Koronavirus dünya düzənini dəyişib. Vaksinin əldə olunması böyük nailiyyətdir və Azərbaycan ilk ölkələrdəndir ki, peyvəndi kütləvi tətbiq edir. Biz də siyasi partiyalar olaraq bunu təbliğ etməyə qoşulduq".

Milli Vəhdət partiyasının sədri Yunus Oğuz isə bildirib ki, Vaksinasiya hər kəs üçün vacibdir. Virus daha geniş yayılmasın, Azərbaycan əhalisi sağlam olsun deyə, bu vaksinasiya hökmən lazımdır:

"Gördüyünüz kimi, mən də indicə peyvənd olunmuşam, özümü çox yaxşı hiss edirəm və sizinlə rahat danışıram"

Milli.Az

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.