#Cəmiyyət

İçməli su ilə ağacların suvarılmasının qarşısı alınıb - ETSN

Feb 23, 17:47 / Mənbə: News.milli.az

3-5 il əvvəl Bakıya gələn içməli sulardan ağacların suvarılması üçün istifadə edilirdisə, indi bunların böyük hissəsinin qarşısı alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qənbərov "Ekspert saatı" proqramında deyib.

Onun sözlərinə görə, əsas məqsəd içməli sudan ağacların suvarılması üçün istifadə edilməməsidir: "Artıq su qıtlığı bizə diktə edir ki, bu sahədə təcili tədbirlər görək. Bu gün çirkab sular təmizləndikdən sonra onlar texniki məqsədlər, o cümlədən ağacların suvarılması üçün istifadə ediməlidir. Bunun başqa alternativi yoxdur. Hesab edirik ki, yaxın illərdə bütün bu məqsədlər üçün tullantılardan təmizlənmiş sulardan istifadə ediləcək".

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.