#Cəmiyyət

“YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədən ölkəmizə həkim heyəti gətirilib

Feb 23, 18:15 / Mənbə: Kaspi.az

"YAŞAT” Fondunun dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib.

Heyətin tərkibində  ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var.

Türkiyəli yüksək ixtisaslı həkimlər 3 gün ərzində Vətən müharibəsində ağır yaralanmış 150-dən çox hərbi qulluqçumuzun müayinəsini həyata keçirəcəklər. Ağır yaralı olan qazilərimizin həkim rəyi əsasında xaricə göndərilməsi də Fond tərəfindən təmin ediləcək.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.