#Cəmiyyət

Bakı şəhərində yaşıllıq sahəsi azdır - Nazirlik

Feb 23, 17:56 / Mənbə: News.milli.az

Bu gün Bakı şəhərində yaşıllıq sahəsi azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qənbərov "Ekspert saatı" proqramında deyib.

Onun sözlərinə görə, şəhərin yaşıllıq sahəsinin artırılması üçün son illər ərzində işlər görülsə də bu, hələ norma çərçivəsində deyil:

"Hər hansı şəhərin 33 faizi yaşıllıqdırsa, bu, qəbul olunmuş norma sayılır. Amma bu gün bizim yaşıllıq sahələrimiz azdır. Bu sahələrin artırılması lazımdır".

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.