#Cəmiyyət

Azərbaycanda hansı hallarda notariat hərəkətlərinə görə rüsum tutulmayacağı müəyyənləşir

Feb 23, 15:08 / Mənbə: Kaspi.az

Azərbaycanda notariat hərəkətlərinin aparılması üçün dövlət rüsumunun və haqqının tutulmasının xüsusiyyətləri müəyyənləşib.

 

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Notariat haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə sənədlərin surətlərinin təsdiqinə, habelə digər notariat hərəkətlərinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsi ilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcılara keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.

 

Qanun 1 mart 2021-ci ildən qüvvəyə minəcək.Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.