#Fərdi

Rusiya yığması Avropa və Dünya Kubokuna Bakıda hazırlaşır

Feb 23, 15:06 / Mənbə: Report.az

Rusiya Federasiyasının BMX velosipedi üzrə yığma komandası Bakıda təlim-məşq toplanışındadır.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qonşu ölkənin komandası fevralın 13-dən BMX Veloparkında hazırlıq prosesi keçir.

Bakıya 11 nəfərlik nümayəndə heyəti ilə gələn komanda üzvlərindən aşağı yaş qrupuna aid 5 idmançı daxili yarışlarda iştirak etmək üçün artıq Rusiyaya qayıdıb. Elit katqeoriyalı digər 4 velosipedçi isə fevralın 28-dək Azərbaycanda olacaq.

Qeyd edək ki, Rusiya velosipedçilərini qarşıdakı aylarda Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Avropa və Dünya Kuboku yarışları gözləyir.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.