#Cəmiyyət

Beş il icra edilməyən inzibati cərimə qüvvədən düşəcək

Feb 23, 15:02 / Mənbə: Kaspi.az

İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5  il müddətində icra edilmədiyi halda sonrakı vaxtlarda icra edilməyəcək.

 

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qeyd edək ki, qüvvədə olan qanuna görə, inzibati cərimə istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməyibsə, daha icra edilmirdi.

 

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.