#Region

Politoloq: "Gürcüstanda inqilab ssenarisi işə düşüb"

Feb 23, 14:58 / Mənbə: Report.az

"Gürcüstanda yaranan vəziyyətə 2003-cü il hadisələrini, Mixeil Saakaşvilinin qayıdışını və hakimiyyət dəyişikliyinin baş verəcəyini xatırladır".

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu “Qruzinform”un baş redaktoru, politoloq, publisist Arno Xidirbeqişvili bildirib.

Onun sözlərinə görə, müxalifətin 2020-ci il oktyabrın 31-də keçirilən parlament seçkilərinin nəticələrini tanımaması, Giorgi Qaxariyanın baş nazir postundan istefa verməsi ciddi silkələnməyə səbəb ola bilər: “İndiki şərait Gürcüstanda 2003-cü ildə baş verənlərlə iki damcı kimi bir-birinə çox oxşayır. Onda baş nazir Jvaniya istefa verdi. İldırım sürətli "qızılgül inqilabı" yeni hakimiyyət gətirdi. Bu gündə oxşar hadisələr baş verir: seçkilər, nəticələrə etirazlar, baş nazirin istefası. Təbii olaraq bu hakimiyyət dəyişikliyinə səbəb olmalıdır. İnqilab ssenarisi artıq fəaliyyətdədir. Onun 50 faizi praktik olaraq reallaşdırılıb”.

Qeyd edək ki, fevralın 23-də səhər saatlarında müxalidə olan Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya tutulub.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.