#Kibertəhlükəsizlik

Hackerlərdən biri Clubhouse-dakı danışıqları digər saytlarda yayımlayıb |

Feb 23, 14:53 / Mənbə: Technote.az

    Hackerlərdən biri son zamanlarda məşhurlaşmış Clubhouse adlı yeni sosial şəbəkədəki danışıqları kənar sayta yükləyib. Sözügedən sosial şəbəkənin təmsilçiləri edilmiş hacker hücumunu təsdiqləyiblər və bildiriblər ki, onlar bu istiqamətdə əlavə tədbirlər görürlər. Bununla belə mütəxəssislər qeyd ediblər ki, yeni sosial şəbəkədə danışıqların yaxın zamanda qorunmasını gözləmək lazım deyil. Bu barədə Bloomberg saytı xəbər verib. Clubhouse səsli ünsiyyət əsasında qurulmuş qapalı sosial şəbəkədir. Həmin sosial şəbəkəyə yalnız dəvətnamə vasitəsilə daxil olmaq mümkündür.

    Clubhouse-un daxili qaydalarına əsasən danışıqların yazılması və ya saxlanması qadağandır. Lakin keçən həftənin sonunda Clubhouse-a hacker hücumunun olduğu müşahidə edilib. Hücumu reallaşdırmış hacker real zaman ərzində getmiş danışıqları streaming formata keçirdərək otaqlarda olmuş söhbətləri kənar saytlara yaya bilib. Clubhouse təmsilçisi kiberhücum barəsində təfərrüatları verməsə də qeyd edib ki, onu reallaşdırmış istifadəçi həmişəlik blok olunub və bu cür halın bir daha yaşanmaması üçün əlavə təhlükəsizlik tədbirləri görülüb.

Bənzər xəbər

Çinin dövlət orqanları Clubhouse-dakı söhbətlərə qulaq asmış ola bilərlər

    Mütəxəssislərdən biri bildirib ki, hal hazırda Clubhouse ilə bağlı olan əsas problemlərdən biri də odur ki, istifadəçilər sosial şəbəkə daxilində aparılan danışıqların gizli qaldıqlarını düşünürlər. İstifadəçilər başa düşməlidirlər ki, onların danışıqları yazılır və istənilən zaman ortaya çıxa bilər. Qeyd etmək lazımdır ki, bu, Clubhouse ilə bağlı yeganə problem deyil. Belə ki, sosial şəbəkənin son zamanlarda məşhurlaşması fonunda ona daxil olmaq üçün nəzərdə tutumuş dəvətnamələri pul ilə satan dələduzlar ortaya çıxıblar. Belə hallarda əsasən həmin şəxslər ödənişi əldə etdikdən sonra dəvətnamələri sadəcə olaraq göndərmirlər.

Xəbərin mənbəsi: Technote.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.