#Azərbaycanca

Azərbaycanda avtoxuliqanlığa görə cəzalar dəyişdirilir

Feb 23, 12:53 / Mənbə: News.day.az

Azərbaycanda avtoxuliqanlığa görə cəzalar dəyişdirilir.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, avtoxuliqanlıq hallarının törədilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Hazırda isə cəzalar daha artıqdır. Belə ki, məcəllənin hazırki eyni bəndinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.