#Futbol

Azərbaycan çempionatında forma və topdaşıyanlara görə cərimə kəsildi

Feb 23, 13:20 / Mənbə: Report.az

Futbol üzrə Azərbaycan I Divizionunda XIV turun iki oyunu gec başlayıb.

"Report" xəbər verir ki, səbəb kimi MOİK-lə səfər oyununda "Zaqatala"nın, "Neftçi - 2" ilə ev oyununda isə "Keşlə-2"nin qapıçısının geyimində qüsur olması göstərilib.

Sözügedən problemlə əlaqədar hər iki görüş gec başlayıb.

AFFA İntizam Komitəsi "Zaqatala" və "Keşlə-2"ni hərəyə 80 manat məbləğində cərimələyib. Eyni məbləğdə cərimə MOİK-ə xərəkdaşıyan və topdaşıyan şəxslərin say tərkibi pozulması ilə əlaqədar kəsilib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.