#Futbol

"Qəbələ"nin baş məşqçisi cəzalandı

Feb 23, 13:18 / Mənbə: Report.az

AFFA İntizam Komitəsi "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevi 1 oyunluq cəzalandırıb.

"Report"un məlumatına görə, səbəb 41 yaşlı mütəxəssisin "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XVI tur matçında ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasıdır. Qərara əsasən, Baxşıyev "Sumqayıt"la növbəti tur matçında texniki zonada yer ala bilməyəcək, klubu isə 800 manat cərimə ödəyəcək.

"Qəbələ" daha 800 manat cəriməni isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən ödəyəcək.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.