#Futbol

AFFA "Qəbələ"nin baş məşqçisinin cəzasını açıqlayıb

Feb 23, 12:50 / Mənbə: Apa.az

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub.

“Keşlə” – “Zirə” oyununun 61-ci dəqiqəsində qırmızı vərəqə alan Dmitrios Çantakias 2 oyun cəzalanıb. Qonaqlar buna görə 1600 manat cərimələnib. 

“Neftçi” – “Qəbələ” oyununda qonaqların baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 matç cəzalanıb. Klub 800 manat cərimə olunub. Bu qarşılaşmada 4 futbolçusu sarı vərəqə ilə cəzalanan Qəbələnin eyniadlı təmsilçisi 800 manat cərimələnib.

Xəbərin mənbəsi: Apa.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.