#Hadisə

Məhkəmədə təqsirləndirilən şəxslər ülgüclə özlərini doğrayıb

Feb 23, 13:16 / Mənbə: Report.az

Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslər ülgüclə özlərinə xəsarət yetiriblər.

Məhkəmədən "Report"a bildirilib ki, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə terrorçuluq və terror təşkilatlarını maliyyələşdirməkdə təqsirləndirilən Samir Qurbanov, Əflatun Bayramov, Amin Həsənov və Ələddin İbişov ülgüclə qol damarlarını doğrayıb.

Daha sonra hakim zaldan çıxıb və Penitensiar Xidmətinin əməkdaşları təqsirləndirilən şəxsləri sakitləşdirməyə müvəffəq olublar. Onlar təqsirləndirilən şəxsləri tibbi hissəyə çatıdırılıblar.

Bildirilib ki, təqsirləndirilən şəxslərin özünə xəsarət yetirməsi nəticəsində ölüm halı baş verməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 11 nəfər dəstə üzvləri terrorçuluq və İŞİD-ə maliyyə göndərməkdə təqsirləndirilirlər.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.