#Digər-ölkələr

Avropada inşa olunan ən böyük məscidin divarına İslam əleyhinə şüar yazılıb

Feb 23, 13:10 / Mənbə: Report.az

Fransada tikilməkdə olan Eyüp Sultan məscdinin divarında “İslama yox, evinizə qayıdın!” şüarı yazılıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı məscidin məxsus olduğu İslam Toplumu Milli Görüş icması yayıb.

Bildirilib ki, hadisə Fransanın hazırkı zərərli ab-havanı əks etdirir.

Məlumata görə, tikilib başa çatdırılandan sonra bu, Avropanın ən böyük məscidi olacaq. Məscidddə eyni vaxtda 3 min nəfər namaz qıla biləcək. Məscidin həyətində 600 avtomobil parkinq edə biləcək. 44 metr hündürlüyündə qoşa minarə Strasburqun dini, memarlıq və mədəni plüralizminə rəng qatacaq.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.