#Cəmiyyət

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

Feb 23, 13:09 / Mənbə: Kaspi.az

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Sumqayıt şəhərində ağacəkmə aksiyası təşkil olunub.

 

APA-nın yeli bürosunun məlumatına görə, aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə  Sumqayıt şəhərinin müxtəlif küçə

və  prospektlərində 613 ədəd şam, göyrüş, sərv, akasiya və meyvə ağacları əkilib.

 

Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin və şəhərdə məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə keçirilən aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub.

Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.