#Idman

Azərbaycanı Avropa Kubokunda “Vüqar Həşimov” şahmat klubu təmsil edəcək

Feb 23, 13:06 / Mənbə: Kaspi.az

Martın 27-də onlayn şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda turnirə start veriləcək. 

 

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda həm də mərhum şahmatçımız Vüqar Həşimovun adını daşıyan "Vüqar Həşimov” şahmat klubu da iştirak edəcək. 

 

Ənənəvi turnirdə təmsilçimizin heyətində Avropa çempionu Rauf Məmmədov, Vüqar Əsədli, yeniyetmələrin dünya birinciliyinin qalibi, Ümumdünya Şahmat Olimpiadasının qızıl medalçıları Aydın Süleymamlı və Əhməd Əhmədzadə, eləcə də Ülvi Sadıxov iştirak edəcəklər. Yaxın günlərdə heyətə daha bir şahmatçının cəlb olunacağı gözlənilir.

 

Kapitan FİDE məşqçisi Anar Allahverdiyev olacaq.Qeyd edək ki, yarış martın 31-də başa çatacaq

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.