#Kibertəhlükəsizlik

M1 prosessoruna sahib Apple kompüterlərinə hədəflənmiş ilk virus aşkar edilib |

Feb 18, 23:55 / Mənbə: Technote.az

    M1 prosessoruna sahib Mac kompüterləri istifadəçilərdən əlavə olaraq həmçinin hackerlərin də diqqətlərini cəlb edib. Məlum olub ki, internetdə artıq Apple şirkətinin fərdi ARM prosessoruna hədəflənmiş ilk virus aşkar edilib. Məlumata əsasən macOS-də olan heç bir təhlükəsizlik sistemi bu virusu aşkar etmək qabiliyyətində deyil. Yeni növ virusun ortaya çıxması barədə məlumatı ilk olaraq kibertəhlükəsizlik üzrə mütəxəssis və ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş əməkdaşı olan Patrick Wardle verib.

Bənzər xəbər

5 nanometrlik ilk desktop CPU: Apple şirkəti M1 adlı ilk fərdi ARM prosessoru təqdim edib

    Söhbət, Pirrit adlı məşhur troyanın təkmilləşdirilmiş versiyasından gedir. Bu virus Safari brauzeri üçün olan GoSearch22 adlı əlavə (extension) kimi maskalanır. Safari-yə quraşdırılandan sonra isə bu virus istifadəçi məlumatlarını yığır və web surfing zamanı reklam elanlarını göstərir. Maraqlısı ondadır ki, bir neçə müddət bundan öncə sözügedən əlavə uğurla Mac App Store platformasına yerləşdirilib və macOS-ə daxil olan antivirus tərəfindən aşkar edilməyib.

    Apple artıq bu virusu yaratmış şəxslərdən tərtibatçılıq sertifikatını geri çəkib. Lakin buna baxmayaraq mütəxəssis əmindir ki, hackerlər bu cür troyanları hazırlamağa davam edirlər. Pirrit troyanının texniki yenilənmiş versiyası Apple şirkətinin fərdi prosessoruna sahib bütün kompüterlərinə zərər yetirə bilər. Sözügedən virus Intel prosessorlu köhnə Mac kompüterlərində işə düşə bilmir. Beəl ki, Intel prosessorları ilə Apple M1 prosessoru arxitektura cəhətdən fərqlənirlər. M1 prosessoruna sahib hansı sayda Apple kompüterlərinin bu virusa yoluxduqları bilinmir. 

Xəbərin mənbəsi: Technote.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.