#Kibertəhlükəsizlik

2 milyard yüklənmə sayına sahib məşhur Android tətbiqin təhlükəsiz olmadığı məlum olub |

Feb 17, 15:42 / Mənbə: Technote.az

    Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android istifadəçilər arasında məşhur olan bir tətbiqdəki problem barəsində xəbər veriblər. Söhbət, 1.8 milyard yüklənmə sayına sahib Shareit adlı tətbiqdən gedir. Məlum olub ki, sözügedən tətbiq heç də təhlükəsiz deyil. Bu tətbiq müxtəlif əməliyyat sistemlərinə sahib cihazlar arasında məlumatların sürətli və sadə ötürülməsi imkanını verir. Tətbiqin yaradıcılarının sözlərinə əsasən onun vasitəsilə məlumat ötürülməsi Bluetooth texnologiyasından 200 dəfə daha sürətli reallaşdırılır.

    Google Play statistikasına əsasən Shareit milyard dəfədən çox yüklənilib. Tərtibatçılar isə qeyd edirlər ki, yüklənmələrin sayı 2 milyarda çatıb. Lakin Trend Micro şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri əmindirlər ki, bu tətbiqdən istifadə etmək heç də təhlükəsiz deyil. Mütəxəssislərin sözlərinə əsasən tətbiqdə olan ciddi boşluqlar hackerlərə istifadəçilərin fərdi məlumatlarını rahatlıqla oğurlamağa və tətbiqin olduğu cihazlarda zərərli kodu işə salmağa imkan verir. Əsas problem tətbiqin istifadəçilərin əməliyyatları və digər tətbiqlər arasındakı icazə sistemi barəsində məlumatları necə paylaşmasındadır.

Bənzər xəbər

Heç tələb olmadığı halda satışları bir anda yüksələn şirkətin maraqlı reklam strategiyası

    Mütəxəssislər əmindirlər ki, Shareit tətbiqinin çalışma özəlliikləri sayəsində hackerlər hətta lokal faylları dəyişə və ya istifadəçinin xəbəri olmadan cihaza zərərli proqram təminatını yaza bilərlər. Trend Micro şirkətinin mütəxəssisləri bildiriblər ki, onlar bu problem barəsində məlumatları 3 ay bundan öncə Shareit tətbiqinin yaradıcısı Smart Media4U şirkətinə xəbər veriblər. Lakin mövcud olan boşluqlar aradan qaldırılmadığı üçün mütəxəssislər bu tətbiq barəsində vacib məlumatı açıq şəkildə hamı ilə bölüşüblər.

Xəbərin mənbəsi: Technote.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.