#Daxili-siyasət

Neftçalanın icra başçısı özünə yeni birinci müavin təyin etdi

May 04, 16:45 / Mənbə: Report.az

Neftçala Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

"Report" xəbər verir ki, bununla bağlı Neftçala RİH başçısı Mirhəsən Seyidov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məmmədov Şaiq Seyfəddin oğlu birinci müavin təyin olunub.

Qeyd edək ki, Ş.Məmmədov 1985-ci ildə Neftçala şəhərində anadan olub. O, 2012-2015-ci illərdə Neftçala RİH-in Hüquq şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2015-ci ilin avqust ayından isə 61 saylı Neftçala seçki dairəsində Dairə seçki komissiyasının sədri vəzifəsində işləyib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.