#Fərdi

"Formula 1": Bottas "Mercedes"dən ayrıla bilər

May 04, 16:41 / Mənbə: Report.az

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası pilotu Valtteri Bottas ilə yollarını ayıra bilər.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, mövsümün sonunda finlandiyalı sürücünü "Uilyams"dan Corc Rassellin əvəzləmək ehtimalı var.

Bottasın Almaniya təmsilçisindəki komanda yoldaşı Lüis Hemiltonla rəqabət apara bilmədiyi vurğulanıb.

Qeyd edək ki, bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi 4 - 6 iyunda olacaq.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.