#Asiya

İranda sel nəticəsində 10 nəfər ölüb - YENİLƏNİB

May 04, 16:21 / Mənbə: Apa.az

İranda baş vermiş sel nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə ILNA məlumat yayıb.  

Bildirilib ki, sel İsfahan, Yəzd, Cənubi Хоrаsаn, Хоrаsаn-Rеzаvi, Kеrmаn, Sеmnаn, Теhrаn, Sistаn və Bəlucistan vilayətlərindən keçib.

***

saat 15:59

İranın Yəzd əyalətində sel nəticəsində 3 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, ötən gecə Çupanan - Ərdəkan bölgəsində baş verən sel nəticəsində 9 nəfər xəsarət alıb. 

Məlumata görə, xilasedicilər 10 nəfərin həyatını xilas edib. Bir neçə nəfər isə itkin düşüb.

Xəbərin mənbəsi: Apa.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.