#Gündəm

Fuad Abbasovun bu çıxışı Ermənistanda səs-küyə səbəb oldu – 'İki qrad buraxın…' – VİDEO

May 04, 16:10 / Mənbə: Yeniavaz.com

Müstəqil jurnalist Fuad Abbasovun sonuncu çıxışı çox sayda erməninin reaksiyasına səbəb olub.

Yeniavaz.com xəbər verir ki, Fuad Abbasov öz “youtube” kanalında yayımladığı verilişində Xankəndi və ətrafında parad keçirməyə hazırlaşan Rusiya sülhməramlılarını sərt tənqid edib. “Necə olur-olsun Moskvaya Azərbaycan torpaqlarında parad keçirməyi qadağan etmək lazımdır” - deyən Fuad Abbasov planlaşdırılan paradın terror aktı olduğunu düşündüyünü vurğulayıb:

“Rəsmi Bakı ilə razılaşdırılmadan keçirilən bu paradı dayandırmaq lazımdır. Gərək iki qrad atılsın ora ki, gələn dəfə belə bir halı təkrarlamasınlar”. 

Fuad Abbasovun bu verilişi ermənilər arasında gündəm mövzusuna çevrilib. Bir çox erməni mətbuatı həmin videonu hissə-hissə paylaşaraq Fuad Abbasovun Rusiyaya nifrətlə yanaşdığına diqqət çəkiblər.

Xəbərin mənbəsi: Yeniavaz.com


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.