#Futbol

"Roma" baş məşqçisi ilə vidalaşır - RƏSMİ

May 04, 16:31 / Mənbə: Report.az

İtaliyanın "Roma" klubu cari mövsümün sonunda baş məşqçisi Paulu Fonseka ilə yollarını ayıracaq.

"Report"un məlumatına görə, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, portuqaliyalı mütəxəssisin iyunun 30-da başa çatacaq müqaviləsi yenilənməyəcək.

Qeyd edək ki, Paulu Fonseka 2019-cu ilin iyulundan "Roma"ya başçılıq edirdi. O, "canavarlar"la heç bir titul qazana bilməyib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.