#Iqtisadiyyat

Azərbaycanda satılan ən bahalı və ən ucuz avtomobillər - 750-də 816 min manatadək… - FOTOLAR

May 04, 16:04 / Mənbə: Yeniavaz.com

Azərbaycanda avtomobil alanların və satanların ən çox müraciət etdikləri ünvan bu sahədə ixtisaslaşmış veb-saytlardır.

Yeniavaz.com ölkənin aparıcı veb-saytlarına istinadən hazırda satışda olan ən ucuz və ən bahalı avtomobillərin bəzilərini təqdim edir.

Qeyd edək ki, hazırda satışda olan ən bahalı nəqliyyat vasitəsi 2019-ci il istehsalı olan "Rolls-Royce" markalı minik avtomobilidir. Mühərrikinin həcmi 6,7 L, yürüşü 570 km olan bu avtomobilin satış qiyməti 480 min dollar (816 min manat) təşkil edir. Bundan başqa 2020-ci il istehsalı olan "Bentley Flyung Spur” markalı minik avtomobi 350 min avrodan (715 min manat) satışa çıxarılıb. Bu avtomobilin mühərrikinin həcmi 6 L, yürüşü isə 500 km-ə bərabərdir. 350 min avroya (715 min manat) satışa çıxarılan daha bir avtomobilin markası “Bentley Mulsanne”dir. Bu avtomobil isə 2018-ci il istehsalı olub, mühərrikinin həcmi 6,5 L təşkil edir.

Satışda olan ən ucuz nəqliyyat vasitəsi isə 1995-ci il istehsalı olan "ZAZ 968M” markalı minik avtomobilidir. Mühərrikinin həcmi 1,2 L, yürüşü 150 000 km olan bu avtomobilin qiyməti 750 manat təşkil edir. Bundan başqa 1991-ci il istehsalı olan “ZAZ Tavriya”, 1979-cu il istehsalı olan “LADA 21011” və 1992-ci il istehsalı olan “Moskvich 412” avtomobilləri isə 800 manatdan satışa çıxarılıb.

Xəbərin mənbəsi: Yeniavaz.com


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.