#Siyasət

Koronavirusun ikinci dalğasında Azərbaycan Gürcüstanı xilas etdi - BMT Baş katibinin müşaviri

May 04, 16:05 / Mənbə: News.milli.az

Koronavirusun ikinci dalğasında Azərbaycan Gürcüstanı xilas etdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin səhiyyə məsələləri üzrə müşaviri Georgi Pxakadze deyib.

O bildirib ki, Azərbaycanın təqdim etdiyi tibbi oksigen olmasaydı, ölkədə ölüm hallar çox yüksək olacaqdı: "İndi Gürcüstanda siyasi vəziyyət mürəkkəbdir. Siyastçilər demək istəyir ki, hər şey qaydasındadır, amma bu, belə deyil. Təhlükəsizlikdə olmaq üçün əhalinin 90 faizi peyvənlənməlidir. Epidemiyaya baxmayaraq, ölüm hallarının artması gözlənilmir, çünki biz artıq virusla mübarizə aparmağı bilirik. Mən koronavirusun ikinci dalğasında Gürcüstana kömək etmiş Azərbaycana təşəkkür etmək istəyirəm. Biz demək olar ki, bu ölkə sayəsində sağ qaldıq. Ötən ilin noyabrında, bizdə gündəlik 7 min yoluxma olarkən, Azərbaycan Gürcüstan xəstəxanalarına oksigen tədarük edirdi. Azərbaycan olmasaydı, Gürcüstanda ölüm səviyyəsi çox yüksək olacaqdı".

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.