#Cəmiyyət

İctimai iaşə müəssisələrində nəzarət tədbirləri gücləndirilir - AQTA (FOTO)

May 04, 16:14 / Mənbə: Az.trend.az

Bakı. Ceyhun Ələkbərov - Trend:

Pandemiya şəraiti ilə bağlı ictimai iaşə müəssisələrində nəzarət tədbirlərinin miqyası genişləndirilir.

Bu barədə Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər. Qeyd olunub ki, koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə çalışan işçi heyət və istehlakçıların xüsusi davranış qaydalarına əməl etməsi zəruri şərtlərdəndir. Qeyd edək ki, Agentliyin müfəttişləri tərəfindən hazırda ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində nəzarət tədbirləri həyata keçirilir.

Xəstəliyə yoluxma riskini aradan qaldırmaq üçün ictimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi zəruridir. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində, əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Sanitar-gigiyenik qaydalara əsasən, ictimai iaşə müəssisələrində sanitar məişət otaqları (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanmalı, axar isti və soyuq su təchizatı ilə təmin edilməlidir. Hər bir müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi şərtdir.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.