#Futbol

Ukrayna millisinin sabiq hücumçusu 48 yaşında öldü

Oct 01, 12:52 / Mənbə: Report.az

Ukrayna millisinin və Donetsk "Şaxtyor"unun sabiq futbolçusu Sergey Atelkin dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə klubun baş direktoru Sergey Palkin özünün "Facebook" səhifəsində paylaşım edib.

Veteran hücumçunun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Sergey Atelkin 1990 - 1997 və 1999 - 2002-ci illərdə "Şaxtyor"un formasını geyinib. Atelkin Donetsk komandasının heyətində 265 oyuna 82 qol vurub. 

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.