#Multimedia

Gənclər cəbhəyə sevinclə yollanır: "Sanki döyüşə yox, toya gedirik"

Oct 01, 10:28 / Mənbə: Report.az

Azərbaycanda qismən səfərbərlik elan edilməsi ilə əlaqədar olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması davam etdirilir.

“Report”un çəkiliş qrupu Dövlət Xidmətinin Binəqədi rayon idarəsində olub, döyüşə yola düşənlərin və onların yaxınlarının təəssüratlarını öyrənib.

Cəbhə bölgəsinə göndərilən gənclər yüksək döyüş ruhunda olduqlarını, qələbə əzmi ilə yola düşdüklərini, onların valideynləri isə övladlarının hərbi xidmətə getməsindən qürur hissi duyduqlarını bildiriblər.

Onlardan biri "Sanki döyüşə yox, toya gedirik" deyib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.