#Idman

"Qarabağ" "Legiya"ya qarşı - Yenilənir

Oct 01, 10:27 / Mənbə: Qol.az

Bu gün "Qarabağ" Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxacaq.

Qol.az xəbər verir ki, Ağdam klubu səfərdə Polşa "Legiya"sı ilə qarşılaşacaq. Varşavanın "Voyska Polskoqo" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın baş hakimi Almaniya Futbol Federasiyasından Tobias Stieler olacaq.

"Qarabağ" bu oyunda qalib gələcəyi təqdirdə, Avroliqanın qrup mərhələsinə yüksələcək.

Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Molde"yə uduzduğu üçün (əsas və əlavə vaxt - 0:0, penaltilər seriyası - 5:6) Avroliqanın pley-off mərhələsində çıxışını davam etdirir.

1 oktyabr

"Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan)Baş hakim: Tobias Ştiler (Almaniya)

Xəbərin mənbəsi: Qol.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.