#Futbol

Maradona koronavirusla mübarizə üçün maraqlı üsul tapıb

Oct 01, 10:26 / Mənbə: Report.az

Argentinanın "Ximnasiya" klubunun baş məşqçisi Dieqo Armando Maradona koronavirusdan qorunmaq üçün maraqlı mübarizə üsulu tapıb.

"Report" xəbər verir ki, 60 yaşlı mütəxəssis üzünü tamamilə örtən böyük ekranlı qoruyucudan istifadə ediir.

Argentinalı canlı əfsanə oyunların birində məhz bu cür görüntülənib. Bu vasitənin onun işinə mane olub-olmadığı isə məlum deyil.

Qeyd edək ki, Dieqo Maradona 2019-cu ilin sentyabrından "Ximnasiya"ya başçılıq edir.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.