#Idman

Türkiyə klublarından Azərbaycana dəstək mesajları

Sep 29, 19:50 / Mənbə: Qol.az

Türkiyə klublarının Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana dəstək mesajı davam edir.

Daha bir neçə klub sosial şəbəkə səhifələri vasitəsilə bununla bağlı paylaşım edib.

“Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və "Trabzonspor"un ardından hazırda Super Liqanın liderlərindən olan “Fatih Karagümrük”, həmçinin “Göztəpə”, “Yeni Malatyaspor”, “Ankaragücü”, “Ərzurum BB”, “Konyaspor”, “Rizəspor” və “Bursaspor” da Azərbaycan ordusuna dəstək nümayiş etdirib.

Azərbaycan və Türkiyə bayraqlarının şəkillərinin paylaşıldığı mesajlarda "Qardaşımızın yanındayıq”, “Bir millət, iki dövlət”, “Can Azərbaycan”, “Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik”, “Acımız, davamız, sevdamız birdir bizim”, - kimi fikirlərə yer verilib.

Xəbərin mənbəsi: Qol.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.