#Dağlıq-qarabağ-münaqişəsi

Abdullah Gül: “Son zamanlar Azərbaycana qarşı edilən hücumları qınayıram”

Sep 29, 19:48 / Mənbə: Report.az

“Dövlət həyatım boyu Qafqazın sabitliyi və sülhü üçün səy göstərən bir insan olaraq, Ermənistanın hərəkətlərinə dərindən təəssüflənirəm və son zamanlar Azərbaycana qarşı edilən hücumları qınayıram”.

“Report” xəbər verir ki, bunu Türkiyənin keçmiş prezidenti Abdullah Gül sentyabrın 27-də “Facebook” səhifəsində Ermənistanın atəşkəsi pozaraq Azərbaycana hücum etməsini şərh edərkən qeyd edib.

Eks-prezident Ermənistanı işğal olunmuş ərazilərdən geri çəkilməyə çağırıb:

“Ümid edirəm ki, Ermənistan rəhbərliyi beynəlxalq hüquqa zidd olaraq işğal etdikləri Azərbaycan ərazilərindən geri çəkilmədən bölgədə daimi sülhün bərqərar ola bilməyəcəyini anlayar və xalqının həqiqi mənafelərinə və rifahına xidmət etmək üçün 29 ildir davam etdirdiyi bu haqsız işğala son qoyar”.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.