#ümumi

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Sep 29, 19:31 / Mənbə: Banco.az

29 sentyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104010779 ISIN-li, 30 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 91.7846 (9.0000%) və 93.6656 (6.8000%) olan 18 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.1450 (7.4000%), orta ölçülmüş qiyməti 93.1736 (7.3669%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 101,699,400.00 manat yerləşdirilmiş həcmi isə 45 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 28 sentyabr 2021-ci il.

Hərrac iştirakçıları 30 sentyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.