#Kriminal

Bakıda yol polisi ilə sürücü arasında qarşıdurma - VİDEO

Dec 05, 01:15 / Mənbə: Oxu.az

Bakının mərkəzində yol polisi əməkdaşları ilə minik avtomobili sürcüsü arasında qarşıdurma yaranıb. 

Oxu.Az xəbər verir ki, “Azure” yaşayış kompleksi yaxınlığında baş verən hadisə videoya çəkilib.  

Məlum olmayan səbəblərə görə, polis naryadı NİVA markalı avtomobili saxlayıb. Lakin onun sürücüsü maşından düşməyə etiraz edib. 

Videodan göründüyü kimi, bir necə polis əməkdaşı sürücünü zorla maşından düşürüb xidməti avtomobilə yerləşdirmək istəyir. Sürücü ciddi müqavimət göstərib.

Hadisənin təfərrüatı haqda məlumat veriləcək.

A post shared by Oxu.Az (@oxuaz)

İlhamə Əbülfət

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.