#Region

İran turistlər üçün vizaların verilməsini bərpa edir

Nov 29, 00:13 / Mənbə: Report.az

İran hakimiyyəti təxminən iki illik fasilədən sonra əcnəbilər üçün turist vizalarının verilməsini bərpa edib.

“Report” “Tehran Tayms” qəzetinə istinadən xəbər verir ki, həm qrup, həm də fərdi səyahətlər üçün məhdudiyyətlər aradan qaldırılıb.

Qeyd olunub ki, turistlərin İran sərhədindən keçmək üçün peyvənd sertifikatı və mənfi PCR testi təqdim etməlidirlər.

İran hakimiyyəti 2020-ci ilin yazında turist vizalarının verilməsini dayandırıb. Hazırkı qərar ölkədə koronavirusa qarşı peyvənd olunan şəxslərin sayının artması ilə bağlı xəbərlər fonunda qəbul edilib.

Noyabrın 28-nə olan məlumata görə, İranda əhalinin təxminən 55%-i tam peyvənd olunub.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.