#Təfsilat

Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

Nov 25, 13:52 / Mənbə: Kaspi.az

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi səhər saatlarından etibarən zəifləyib, yağıntı isə günortadan sonra kəsiləcək.

Bu barədə Kaspi.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Rayonlarda isə yağışlı hava şəraiti noyabrın 27-si gündüzədək davam edəcək:

"27-si gündüz saatlarından etibarən hava şəraiti sabit, əsasən yağmursuz keçəcək" - deyə G.Məmmədova qeyd edib.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək güclü şimal-qərb küləyi müşahidə edilib. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enib.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.