#Siyasət

“Maneəsiz hərəkət” ifadəsi “dəhliz” sözü ilə eyni hüquqi məna daşıyır" - Sevil Mikayılova

Nov 25, 13:28 / Mənbə: News.milli.az

"2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış Üçtərəfli Bəyanatın bəndlərindən biri nəqliyyat yollarının açılmasını nəzərdə tutur. Sənəddə "dəhliz" sözünü "görməyən" Ermənistan Baş Naziri Nikol Paşinyanın nəzərinə çatdırmaq istərdik ki, Bəyanatın 9-cu bəndində yer almış "maneəsiz hərəkət" ifadəsi əslində "dəhliz" sözü ilə eyni hüquqi məna daşıyır". Milli.Az bildirir ki, bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputatın sözlərinə görə, bəyanatın imzalanmasından ötən bir il ərzində Paşinyan və onun komandası "dəhliz" ifadəsi ətrafında vaxtaşırı apardığı spekulasiyaları ilə yadda qalıb: "Onun məntiqsiz "dəhliz məntiqi" prosesləri heç də Ermənistanın xeyrinə olmayan məcrada ləngidir. Dəfələrlə etiraf edərək kommunikasiya xətlərinin açılmasının Ermənistan üçün çox əhəmiyyətli olduğunu bildirib, amma eyni zamanda təzadlı, həqiqətdən uzaq, məntiqsiz bəyanatlar səsləndirərək əslində hələ də öz xalqı üçün həyati vacib qərarların verilməsində nə qədər zəif lider olduğunu bir daha sərgiləyir. Azərbaycanla onun Naxçıvan Muxtar Respublikasını bağlayan komunikasiya əlaqəsi məhz Qərbi Zəngəzurdan keçir və Ermənistan 10 Noyabr bəyanatına imza atarkən bu məqamı bilməliydi. Hazırda marşrut müəyyənləşdirmək vaxtı deyil, o artıq müəyyəndir. Təxminən 40 km uzunluğunda olacaq bu nəqliyyat dəhlizi uzun illər blokadada qalan Ermənistan üçün əslində nəfəslik deməkdir. İlk dəfə kağız üstə müstəqil olan Ermənistan qonşuları ilə açıq hərəkət marşrutuna yiyələnmək şansı qazanır. Ermənistan Zəngəzur dəhlizinin açılması ilə Yerevan iqtisadi blokadadan qurtulacaq".

S.Mikayılova vurğulayıb ki, rəsmi Yerevanın diqqətinə çatdırmaq istərdik ki, dəhlizin açılması labuddür, belə ki, bu, dövlətlərarası sənəddə öz əksini tapıb: "Sənədə görə, Ermənistan Azərbaycanla Naxçıvan MR arasında mövcud olacaq bu dəhliz boyunca hərəkət təhlükəsizliyini təmin etməlidir".

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.