#Təfsilat

"Nüvə sazişi"nin üç üzvü İranla danışıqlara qayıtmaq qərarına gəlib

Nov 25, 13:50 / Mənbə: Kaspi.az

Böyük Britaniya, Fransa və Almaniya İranın nüvə proqramı ilə bağlı Vyana danışıqlarına qayıdırlar.

Trend xəbər verir ki, bu barədə üçtərəfli bəyanatda deyilir.

Rəsmi London, Paris və Berlin əmindirlər ki, İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bütün şərtlərinə əməl olunması və ABŞ-ın sazişə yenidən qoşulması üçün şərait yaratmaq mümkün olacaq.

Eyni zamanda, ölkələr iki ildən artıqdır ki, İranın sistematik nüvə eskalasiyasını davam etdirməsindən narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, hazırda ölkədə əlavə zənginləşdirmədən sonra birdən çox nüvə başlığı istehsal etmək üçün kifayət qədər nüvə materialı var.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.